Gəncədə yaşayış yerini tərk edən COVID-19 xəstələri barəsində cinayət işi başlanıb

Gəncədə yaşayış yerini tərk edən COVID-19 xəstələri barəsində cinayət işi başlanıb
  • Clock-gray 15:23
  • calendar-gray 12 Yanvar 2021

Gəncə şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının (ŞBPİ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, şəhərin girişində qurulmuş stasionar postda şəhər  ərazisinə daxil olmaq istəyən  sürücünün koronavirus infeksiyasının daşıyıcıları olduğu aşkarlanıb. Belə ki, müvafiq yoxlama zamanı Gəncə şəhər ərazisinə daxil olmaq istəyən Yevlax rayon sakini Dursun Babazədənin COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin olunduğu və yaşayış yerini tərk etməməsi barədə xəbərdar edildiyi müəyyən edilib.

ŞBPİ-nin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində şəhər sakini Zaur Cavadovun da  yaşadığı ünvanı tərk etməsi və beləliklə “COVID-19 virusunun yayılmasına şərait yaratması aşkar edilib. Polis əməkdaşları tibbi proseduraları gözləməklə onu yaşadığı evə göndərib.

Hər iki faktla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Fuad Nazimoğlu

Digər xəbərlər