Goranboy sakinindən silah götürülüb

Goranboy sakinindən silah götürülüb
# 19 dekabr 2019 12:47 (UTC +04:00)

Goranboyda qanunsuz silah aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Veyisli kənd sakini Y.Səfərovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR