Goranboy və Sabirabad sakinlərindən 4 ov tüfəngi götürülüb

Goranboy və Sabirabad sakinlərindən 4 ov tüfəngi götürülüb
# 20 fevral 2021 12:50 (UTC +04:00)

Goranboy və Sabirabad sakinlərindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Goranboy RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tapqaraqoyunlu kənd sakinləri H. Qarayevdən və N. Əmiraslanovdan müvafiq sənədləri olmayan ümumilikdə 3 ədəd “TOZ-16” markalı ov tüfəngi aşkar edilib.

Bundan başqa, Sabirabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə Qalaqayın kənd sakini M. Babayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana və çətənə toxumu aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi, 2 ədəd patron və 9 ədəd giliz götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR