Goranboyda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var

Goranboyda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var
# 09 sentyabr 2020 20:56 (UTC +04:00)

Goranboyda idarəetmədən çıxan avtomaşın maneəyə çırpılıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə rayon mərkəzində baş verib.

Hadisəyə avtomobilin təkərinin sıradan çıxması səbəb olub. Hadisə nəticəsində 1968-ci il təvəllüdlü Goranboy rayon sakini Tağıyev Faiq Cəlil oğlu xəsarət alaraq xəstəxanaya aparılıb. Məlumata görə, avtomobildə bir sərnişin də yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR