Goranboyda avtomobil piyadanı vuraraq öldürüb

Goranboyda avtomobil piyadanı vuraraq öldürüb
# 24 noyabr 2019 22:31 (UTC +04:00)

Goranboyda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Qızılhacılı kəndində qeydə alınıb.

Yolu keçmək istəyən 34 yaşlı Həsənov Rauf Ramiz oğlunu hərəkətdə olan minik maşını vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR