Goranboyda avtomobil traktorla toqquşub, ölən var

Goranboyda avtomobil traktorla toqquşub, ölən var
# 03 iyul 2020 11:57 (UTC +04:00)

Goranboyda avtomobillə traktor toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 1-də saat 21 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində Qaradağlı kənd sakini E.Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Düzqışlaq kənd sakini Ə.Quliyevin idarə etdiyi “T-28” markalı traktor toqquşub. Nəticədə Ə.Quliyevin sərnişini olan Əmin Muradov xəstəxanaya yerləşdirilib və iyulun 2-də orada ölüb.

Goranboy Rayon Polis Şöbəsində tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR