Goranboyda karantin rejimini pozan Bakı sakinləri məsuliyyətə cəlb edilib

Goranboyda karantin rejimini pozan Bakı sakinləri məsuliyyətə cəlb edilib
# 27 dekabr 2020 12:48 (UTC +04:00)

Goranboyda xüsusi karantin rejimini pozan Bakı sakinləri inzibati məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan APA-ya verilən məlumata görə, Xocalı rayon Polis Şöbəsinin əməkdaşları Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində xidmət apararkən Bakı şəhər Qobustan rayon sakinləri Şahmirzə Balayev, Cahid Əliyev və Samir Rahmanovun yaşadıqları yeri xüsusi icazəyə malik olmadan tərk etdiklərini aşkar edib.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) protokol tərtib edilərək 200 manat həddində cərimə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR