Goranboyda əmisi oğlunu bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB

Goranboyda əmisi oğlunu bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB
# 11 yanvar 2020 10:33 (UTC +04:00)

Dünən axşam Goranboyun Meşəli kənd sakini Sənan İsmayılovu bıçaqlamaqda şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, bu, zərərçəkən şəxsin 1995-ci il təvəllüdlü əmisi oğlu Hüseynzadə Qafar Koroğlu oğludur. O, S. İsmayılovu qarın və bud nahiyələrindən bıçaqlayıb.

***

10 yanvar

21:52

Goranboy rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında Meşəli kəndində baş verib.

1990-cı il təvəllüdlü kənd sakini Sənan İsmayılov mübahisə və münaqişə zəminində bıçaqlanıb. Yaralı rayon xəstəxanasına yerləşdirilib. Hazırda yaralı üzərində cərrahiyyə əməliyyatı aparılır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR