Goranboydakı avtoqəzada ölən və yaralıların adları məlum olub - FOTO - YENİLƏNİB

Goranboydakı avtoqəzada ölən və yaralıların adları məlum olub - FOTO - YENİLƏNİB
# 29 yanvar 2021 21:37 (UTC +04:00)

Goranboyda mikroavtobusla yük maşınının toqquşması nəticəsində ölən və xəsarət alanların adları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, ölən mikroavtobusun sərnişini - Şəmkir rayon sakini 1968-ci il təvəllüdlü Əhmədov Hikmət Fərman oğludur.

Xəsarət alanlar isə mikroavtobusun sürücüsü, 1986-cı il təvəllüdlü Məmmədov Vüsal İlqar oğlu, sərnişinlər - 1965-ci il təvəllüdlü Mirzəyeva Mehriban Mirzə qızı, 1998-ci il təvəllüdlü Həsənova Nigar Əşrəf qızı, "ZİL" markalı yük maşınının sürücüsü Zeynalov Rza Ərəstun oğludur. Daha iki nəfərə isə yerində ambulator müalicə göstərilib. Xəsarət alanların vəziyyətinin orta ağırlıqda olduğu bildirilir.

***

Saat 19:18

Goranboyda ölümlə nəticələnən yol qəzası olub.

APA-nın Gəncə bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax yolunun Goranboy rayonunun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb.

"Mercedes Vito" markalı mikroavtobus "ZİL" markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində 1 nəfər hadisə yerində ölüb, 6 nəfər isə xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR