Göyçayda avtoqəza zamanı 3 nəfər xəsarət alıb - FOTO

Göyçayda avtoqəza zamanı 3 nəfər xəsarət alıb - FOTO
# 07 sentyabr 2020 23:34 (UTC +04:00)

Göyçay rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saat 23:00 radələrində Göyçay şəhərinin Nizami küçəsində qeydə alınıb.

"BMW" və "Daewoo" markalı minik avtomobillərinin toqquşması nəticəsində Göyçay rayonunun Çərəcə kənd sakinləri, 1992-ci il təvəllüdlü Abdullazadə Ülvi Əhməd oğlu, 1992-ci il təvəllüdlü Baxışov Əlikram Çingizxan oğlu və Şirvan şəhər sakini, 1997-ci il təvəllüdlü Yusifzadə Şahmar Elşad oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR