Göygöldə baş verən qəzada 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Göygöldə baş verən qəzada 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB
  • Clock-gray 22:43
  • calendar-gray 23 İyun 2020

Göygöldə baş verən qəzada ölən şəxsin adı məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, "QAZ 24" markalı minik maşınının hasara çırpılması nəticəsində 1991-ci il təvəllüdlü Dürdanə Rəfi qızı Namazova dünyasını dəyişib.

Hadisə nəticəsində daha 4 nəfər - avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Goranboy sakini Elməddin Novruzov, onun sərnişinləri Gülnaz Namazova və daha iki qadın xəsarət alıb.

***

Saat 21:32

Göygöldə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Toğana yolunun rayonun Aşıqlı kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza zamanı bir nəfər ölüb, 4 nəfər xəsarət alıb. Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu

Digər xəbərlər