Gürcüstanda azərbaycanlılar etiraz aksiyası keçiriblər

Gürcüstanda azərbaycanlılar etiraz aksiyası keçiriblər
# 01 may 2020 10:49 (UTC +04:00)

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunun Qaçağan kəndinin sakinləri etiraz aksiyası keçiriblər.

APA-nın Gürcüstan bürosu yerli sakinlərə istinadən xəbər verir ki, kəndlilər kənd ərazisində otlaq sahəsinin satılmasına etiraz ediblər.

Onların sözlərinə görə, kənd ərazisində ümumi istifadədə olan otlaq sahəsi müəyyən şəxslərə satılıb. Sakinlər bildiriblər ki, həmin ərazidən istifadəyə icazə verməyəcəklər. Etiraz aksiyasının keçirildiyi əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Kənd sakinləri tələbləri yerinə yetirilməyəcəyi təqdirdə aksiyanın davam etdiriləcəyini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR