Bank Of Baku

Tiranada Azərbaycan-Albaniya Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

Albaniyanın Azərbaycandakı səfiri Besart Kadia

© APA | Albaniyanın Azərbaycandakı səfiri Besart Kadia

# 23 noyabr 2026 19:50 (UTC +04:00)

Bu ilin dekabrında Tiranada Azərbaycan-Albaniya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın ikinci iclası keçiriləcək.

APA xəbər verir ki, bunu Albaniyanın Azərbaycandakı səfiri Besart Kadia ölkəsinin Milli Günü ilə bağlı mərasimdə deyib.

Besart Kadia Hökumətlərarası Komissiyanın iclasını səbirsizliklə gözlədiklərini bildirib.

Səfirin sözlərinə görə, Xəzər dənizindən hasil olunan qaz Trans-Adriatik Boru Kəməri vasitəsilə Albaniyadan keçərək, İtaliyaya və Avropanın digər ölkələrinə çatdırılır.

“Bu, Bakı ilə Adriatik sahillərini birləşdirən xətt olmaqla yanaşı, iki ölkənin hər gün reallaşdırdığı enerji təhlükəsizliyi vədidir”, diplomat vurğulayıb.

O, Korça şəhərinin qazlaşdırılması layihəsindəki tərəfdaşlığa görə Azərbaycan Hökumətinə və SOCAR-a minnətdarlığını ifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR