Hacıqabul və Xızı sakinlərindən odlu silah götürülüb

Hacıqabul və Xızı sakinlərindən odlu silah götürülüb
# 06 fevral 2020 12:50 (UTC +04:00)

Hacıqabul və Xızı sakinlərindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini İ.Səttarovdan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi götürülüb.

Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şoraabad qəsəbə sakini M.Rzayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin, habelə lüləsi və qundağı kəsilmiş “ZK” markalı ov tüfəngi və 5 ədəd patron aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR