Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb

Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb
# 11 dekabr 2020 19:50 (UTC +04:00)

Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yolu keçən Ağdaş sakini, 34 yaşlı Əliyev Tural Adil oğlunu "Tofaş" markalı avtomobil vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR