Hacıqabulda keçmiş məhkum mənzildən 15 min manat oğurlayıb

Hacıqabulda keçmiş məhkum mənzildən 15 min manat oğurlayıb
# 22 yanvar 2021 12:33 (UTC +04:00)

Hacıqabulda mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 11-dən 18-dək olan müddətdə şəhər ərazisindəki evlərin birindən 15.000 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Soltanov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR