Hacıqabulda keçmiş məhkumdan yarım kq-a yaxın narkotik götürülüb

Hacıqabulda keçmiş məhkumdan yarım kq-a yaxın narkotik götürülüb
# 15 yanvar 2020 10:47 (UTC +04:00)

Hacıqabulda keşmiş məhkumdan narkotik götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbiri həyata keçirilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 51 yaşlı Azad Yusifli polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə aparılıb. Şöbədə onun üzərində şəxsi axtarış keçirilən zaman ümumi çəkisi yarım kiloqrama yaxın narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR