Hacıqabulda maşın ağaca çırpılıb, ölən var - FOTO

Hacıqabulda maşın ağaca çırpılıb, ölən var - FOTO
# 15 sentyabr 2020 12:10 (UTC +04:00)

Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndindən keçən hissəsində “Hyundai” markalı maşın HOVO markalı avtomobilə dəyərək yoldan çıxıb və ağaca çırpılıb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, sürücü, 1989-cu il təvəllüdlü Şirvan sakini Hüseynov Elvin Sayadxan oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR