Həbsdə olan qohumuna şirniyyatın içində narkotik aparan şəxs saxlanılıb - FOTO

Həbsdə olan qohumuna şirniyyatın içində narkotik aparan şəxs saxlanılıb - FOTO
# 08 fevral 2020 10:09 (UTC +04:00)

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 180.2.1; 180.2.2 və 56.1.3-cü maddələrinə əsasən 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan məhkum Quliyev Ruslan Eldar oğluna qohumu, Bakı şəhər sakini Nəsibov Gündüz İman oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan şirniyyatın içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,781 qram narkotik maddə - həşiş qətranı, 0,854 qram narkotik maddə - tiryək və 1,614 qram narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR