Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 72 nəfər tutulub

Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 72 nəfər tutulub
# 05 aprel 2021 10:43 (UTC +04:00)

Respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələrin statistikası açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, son iki gün ərzində 52 cinayətin üstü isti izlərlə açılıb.

Əvvəlki dövrlərdən qalan 14 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borcu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadissi baş verib, nəticədə 2 nəfər ölüb 1 nəfər xəsarət alıb.

Narkotiklə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR