Həftəsonu yaşayış yerini tərk edən 14 nəfər koronavirus xəstəsi saxlanılıb

Həftəsonu yaşayış yerini tərk edən 14 nəfər koronavirus xəstəsi saxlanılıb
# 07 dekabr 2020 10:52 (UTC +04:00)

Respublikanın daxili işlər orqanları əməkdaşları tərəfindən şənbə və bazar günləri 14 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 13 nəfərinin evlərinə qayıtmaları təmin edilib, 1 nəfər isə xəstəxanaya yerləşdirilib.

Onların 10-u barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR