Həsən Şirinov təqaüdə göndərilib - RƏSMİ

Həsən Şirinov təqaüdə göndərilib - RƏSMİ
# 31 yanvar 2020 17:18 (UTC +04:00)

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, polis general-mayoru Həsən Şirinov tutuduğu vəzifədən azad edilib.

APA-nın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Həsən Şirinov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya faktı təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR