İcra başçısının müavininin evinə basqın edən şəxsin işi yenidən məhkəməyə göndərilib

İcra başçısının müavininin evinə basqın edən şəxsin işi yenidən məhkəməyə göndərilib
  • Clock-gray 12:25
  • calendar-gray 09 Dekabr 2019

Qazax rayonunda quldurluq etməkdə təqsirləndirilən Vüsal Rəsulovun cinayət işi üzrə yenidən məhkəməyə göndərilib.

APA-nın məlumatına görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Nural Əliyevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd dək ki, hadisə ötən ilin noyabr ayında baş verib. Qazax şəhərinin Bakı küçəsində yerləşən evə basqın edən maskalı şəxs ev sahibəsi Fəranə Məmmədovaya bıçaqla hədə-qorxu gələrək onun qızıl üzüyünü, brilyant qaşlı sırğalarını və 50 manat nağd pulunu alaraq ərazidən uzaqlaşıb.

İş üzrə zərərçəkmiş 2017-ci ilədək Qazax Rayon İcra Hakimiyyətinin başçısının müavini olmuş Fərman Nağdaliyevin həyat yoldaşıdır.

V.Rəsulova Cinayət Məcəlləsinin 181.2.3-cü, (yaşayış sahəsinə qanunsuz olaraq girməklə quldurluq) 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq) və 228.4-cü (qanunsuz silah gəzdirmə) maddələri ilə ittiham verilib.

Onu da qeyd edək ki, bu iş ibtidai istintaq başa çataraq Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi. Məhkəmənin hazırlıq iclası iş yenidən ibtidai istintaqa qaytarmışdı.

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date