İmişlidə avtomobil piyadanı vurub

İmişlidə avtomobil piyadanı vurub
# 27 fevral 2020 20:14 (UTC +04:00)

İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişlinin Mürsəlli kəndində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Yolu keçən kənd sakini, 1961-ci il təvəllüdlü Ziyafət İslam qızı Əliyevanı “QAZel” markalı yük avtomobili vurub. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR