İmişlidə baş vermiş avtoqəza zamanı xəsarət alanlardan biri dünyasını dəyişib - YENİLƏNİB

İmişlidə baş vermiş avtoqəza zamanı xəsarət alanlardan biri dünyasını dəyişib - YENİLƏNİB
# 29 dekabr 2019 08:21 (UTC +04:00)

İmişli rayonunda baş vermiş yol qəzası nəticəsində xəsarət alan şəxslərdən biri dünyasını dəyişib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 1957-ci il təvəllüdlü Quliyev Gülhüseyn Qulu oğlu həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq, bu gecə xəstəxanada keçinib.

***

27 dekabr, saat 20:43

İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə İmişli rayonunun Qaralar kəndində qeydə alınıb.

Qaralar kənd sakini, 1990-cı il təvəllüdlü Quliyev Elvüsal Gülhüseyin oğlunun idarə etdiyi “QAZel” markalı avtomobilin minik maşını ilə toqquşması nəticəsində sonuncuda olan sərnişin - sürücünün atası, 1957-ci il təvəllüdlü Quliyev Gülhüseyn Qulu oğlu kəllə-beyin travması ilə ağır vəziyyətdə İmişli Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib. Sürücü nisbətən yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR