İndoneziyada 54 jurnalist koronavirusa yoluxub, 3 nəfəri ölüb

İndoneziyada 54 jurnalist koronavirusa yoluxub, 3 nəfəri ölüb
  • Clock-gray 08:20
  • calendar-gray 15 İyul 2020

İndoneziyanın Şərqi Yava bölgəsindəki Surabaya şəhərində 54 jurnalist qısa müddətdə koronavirus infeksiyasına yoluxub. 

APA “Jakarta Post” internet qəzetinə istinadən xəbər verir ki, bu barədə İndoneziyanın Müstəqil Jurnalistlər Alyansı məlumat yayıb.

Bildirilib ki, onlardan 3 nəfəri - yerli dövlət radiosunun Surabay şöbəsinin əməkdaşları dünyasını dəyişib.

Bazar ertəsi test sınaqları müsbət olan jurnalistlərdən ikisi xəstəxanaya yerləşdirilib.

 

apa-logo-mini

Digər xəbərlər