İsmayıllıda 1 tona yaxın narkotik vasitə məhv edilib

İsmayıllıda 1 tona yaxın narkotik vasitə məhv edilib
# 11 iyul 2020 15:35 (UTC +04:00)

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərinin aşkar edilərək məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Xanagah kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 903 kiloqram olan 787 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR