İsmayıllıda minik avtomobili yük maşını ilə toqquşub, ölənlər və yaralananlar var - FOTO - YENİLƏNİB

İsmayıllıda minik avtomobili yük maşını ilə toqquşub, ölənlər və yaralananlar var - FOTO - YENİLƏNİB
# 02 mart 2020 14:46 (UTC +04:00)

İsmayıllıda baş verən yol qəzasında ölənlərin və yaralananların adları məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində İsmayıllı rayon sakinləri - İsmayılzadə Musa Əlişir oğlu və Əzimov Rüstəm Ramiz oğlu dünyasını dəyişib.

Səlimov Nadir Ağasəf oğlu, Səlimov Nahid Ağasəf oğlu və Şöhrət Dünyamalıyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

***

saat 14:08

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 13:00 radələrində İsmayıllı-Muğanlı yolunun Diyallı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Ford Tranzit" markalı, 23-BC-086 dövlət nömrə nişanlı yük maşını "VAZ 2107" markalı, 10-FZ-877 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Nəticədə 2 nəfər ölüb, 3 nəfər ağır xəsarət alıb.

Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR