İsmayıllıya istirahətə gələnlər saxlanılıb - FOTO

İsmayıllıya istirahətə gələnlər saxlanılıb - FOTO
  • Clock-gray 17:52
  • calendar-gray 05 İyul 2020

Sərt karantin elan edilən rayonlardan İsmayıllıya istirahətə gələnlər barəsində tədbir görülüb

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan icazələri olmadan, qaydaları pozaraq istirahətə gələn şəxslərin müəyyən edilməsi məqsədilə növbəti reyd keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə reyd zamanı yol polisi əməkdaşları tərəfindən nəqliyyat vasitələri saxlanılıb, planşetlə sürücü və sərnişinlər yoxlanılıb. Yoxlama zamanı icazələri olmadan və yaxud iş üçün icazəsi olub, istirahət məqsədilə  rayon ərazisinə gələn şəxslər aşkar edilib. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Bu istiqamətdə tədbirlər növbəti günlərdə də davam etdiriləcək.

Şahnəzər Bəşirov

Digər xəbərlər