Karantin rejimini pozan sürücülər və 52 sərnişin cərimələnib

Karantin rejimini pozan sürücülər və 52 sərnişin cərimələnib
# 20 iyun 2020 12:17 (UTC +04:00)

Karantin qaydalarını pozan 4 sərnişin avtobusu saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 18-i saat 08-dən 19-u saat 08-dək olan müddətdə Bakı-Qazax yolunun 65-ci kilometrliyində, Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində COVID-19 xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş postda polis əməkdaşlarının “saxla” tələbinə tabe olmayıb hərəkətini davam etdirmiş 4 sərnişin avtobusu saxlanılaraq müvəqqəti duracağa yerləşdirilib.

Sürücülər və 52 sərnişin barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib.

Sürücülər polis əməkdaşlarına tabesizlik göstərdiyinə görə Qaradağ RPİ 11-ci PB-yə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR