Koronavirus təhlükəsi ilə əlaqədar Azərbaycanda məhkumlarla görüşlər dayandırılıb

Koronavirus təhlükəsi ilə əlaqədar Azərbaycanda məhkumlarla görüşlər dayandırılıb
# 06 mart 2020 11:09 (UTC +04:00)

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müəssisələrində koronavirus təhlükəsi ilə əlaqədar məhkumlarla görüş və sovqat qəbulu dayandırılıb.

Bunu APA-ya açıqlamasında Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib. Onun sözlərinə görə, virusa yoluxma təhlükəsinin qarşısının alınması məqsədilə Penitensiar Xidmətin müəssisələrində saxlanılan şəxslərə görüş verilməsi və sovqat qəbulu dayandırılıb.

Qeyd edək ki, Azərbaycanda 6 nəfərin koronavirus infeksiyasına yoluxması faktı qeydə alınıb və həmin şəxslərin səhhəti ciddi nəzarətdə saxlanılır, müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR