Lənkəran sakininin evindən silah-sursat götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini X.Məmmədlinin yaşadığı evə baxış zamanı oradan “Spanish Astra 4000” modelli tapança, 5 ədəd patron və patron darağı aşkar edilərək götürülüb.