Lənkəranda ana doğuşdan sonra ölüb

Lənkəranda ana doğuşdan sonra ölüb
# 03 fevral 2020 18:27 (UTC +04:00)

Lənkəranda ana ölümü baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. Rayonun Girdəni kənd sakini, 1996-cı il təvəllüdlü Gülnar Rauf qızı Babayeva bu gün saat 09:25 radələrində hamiləliyinin 38-39-cu həftəsində xəstəxanaya daxil olub. Qadının üzərində qeysəriyyə əməliyyatı aparılıb və körpə ana bətnindən götürülüb. Əməliyyatdan sonra xəstədə qanaxma başlayıb. Həkimlərin səylərinə baxmayaraq G.Babayeva dünyasını dəyişib.

Qeyd edək ki, bu, qadının ikinci hamiləliyi olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR