Lənkəranda karantin qaydalarını pozan 5 obyekt aşkarlanıb

Lənkəranda karantin qaydalarını pozan 5 obyekt aşkarlanıb
  • Clock-gray 10:00
  • calendar-gray 26 Mart 2021

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması istiqamətində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın Cənub bürosuna verilən məlumata görə, polis əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti tədbirlər zamanı rayon ərazisində yerləşən 1 çay evində karantin rejim qaydalarına zidd olaraq qəlyan xidmətinin göstərildiyi, 4 “PlayStation” oyun zalında isə tibbi maska ilə bağlı tələblərin pozulduğu aşkar edilib. Həmin obyektlərlə bağlı 10 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.

Tural Kərimov

Digər xəbərlər