Lənkəranda narkotik satan keçmiş məhkum tutulub

Lənkəranda narkotik satan keçmiş məhkum tutulub
# 10 mart 2021 11:51 (UTC +04:00)

Lənkəran sakini narkotiklə tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş M.Babayev 1,30 qram heroini satarkən saxlanılıb.

Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan 2 kiloqram 130 qram heroin aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR