Lənkəranda üç avtomobil toqquşub, 1 nəfər ölüb

Lənkəranda üç avtomobil toqquşub, 1 nəfər ölüb
# 02 aprel 2020 12:30 (UTC +04:00)

Lənkəranda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Girdəni kəndi ərazisində qeydə alınıb. Belə ki, "Renault", "VAZ 21015" və "Hyundai" markalı avtomobillərin toqquşmasından sonra maşınlardan biri piyadanı vurub. Nəticədə Lənkəran şəhər sakini, 1980-ci il təvəllüdlü Kəmalə Ramiz qızı Hüseynova aldığı xəsarətlərdən dünyasını dəyişib.

Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR