Masallıda bir neçə gün qabaq mənzilə maska ilə basqın edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Masallı RPŞ və Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 29-da Masallı rayonunun İsi kənd sakini F.Əhədovun yaşadığı evə girib yumruqla ev sahibinin sifət nahiyəsinə xəsarət yetirərək 1500 manat pulunu almaqda şübhəli bilinən Lənkəran rayon sakinləri E.Cəfərli, əvvəllər məhkum olunmuşlar E.Məmmədzadə və R.İbadov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.