Maştağa sakininin evindən tapança götürülüb

Maştağa sakininin evindən tapança götürülüb
# 07 fevral 2020 10:26 (UTC +04:00)

Bakı şəhər sakinindən silah-sursat götürülüb.

APA-nın məlumatına görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşları qanunsuz silah saxlamaqla bağlı əməliyyat tədbirləri keçiriblər.

Nəticədə Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində yaşayan, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunmuş Bakı şəhər sakini 45 yaşlı E.Vahabovun evindən “TT” markalı tapança və 5 ədəd patronu olan sandıqça götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR