Mehdiabadda piyadanı avtomobil vurub

Mehdiabadda piyadanı avtomobil vurub
# 25 noyabr 2020 02:22 (UTC +04:00)

Abşeron rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, yol-nəqliyyat hadisəsi Mehdiabad qəsəbəsində qeydə alınıb.

Piyadalar üçün müəyyən edilməmiş hissədə yolu keçən 31 yaşlı İsrafilov Elçin Bahadur oğlunu minik avtomobili vurub. Yaralı 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR