Mingəçevirdə avtobus piyadanı vuraraq ona xəsarət yetirib

Mingəçevirdə avtobus piyadanı vuraraq ona xəsarət yetirib
# 13 yanvar 2020 22:56 (UTC +04:00)

Mingəçevirdə avtobus yeniyetmə piyadanı vurub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərdaxili marşrut avtobusunun hərəkət xətti üzərində baş verib.

Sərnişin avtobusu yolu keçmək istəyən 2004-cü il təvəllüdlü şəhər sakini Abdullazadə Şəbnəm Yaməddin qızını vuraraq ona xəsarət yetirib. Yaralı qız xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti qənaətbəxş hesab olunur.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR