Mingəçevirdə əri tərəfindən bıçaqlanan qadın xəstəxanada ölüb - YENİLƏNİB

Mingəçevirdə əri tərəfindən bıçaqlanan qadın xəstəxanada ölüb - YENİLƏNİB
  • Clock-gray 22:35
  • calendar-gray 20 May 2020

Mingəçevirdə həyat yoldaşı tərəfindən bıçaqlanan qadın dünyasını dəyişib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, 37 yaşlı Fərqanə İsayeva həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, xəstəxanada keçinib.

Faktla bağlı hazırda istintaq araşdırmaları aparılır.

***

Saat 21:30

Mingəçevirdə 37 yaşlı qadın bıçaqlanıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Koroğlu küçəsi 26 ünvanında baş verib.

1983-cü il təvəllüdlü şəhər sakini İsayeva Fərqanə Tahir qızı əri tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb. İki uşaq anası olan qadın xəstəxanaya yerləşdirilib. Məlumata görə, qadına səkkiz bıçaq zərbəsi vurulub ki, onlardan ikisi ürəyinə dəyib.

Faktla bağlı araşdırma başlanılıb.

Ehtiram Muradov

Digər xəbərlər

Arxiv

date