Bank Of Baku

Reuters: Ukrayna Rusiyanın reaktiv PUA-larına qarşı yeni tutucu dronların sınağında uğursuz olub

Reuters: Ukrayna Rusiyanın reaktiv PUA-larına qarşı yeni tutucu dronların sınağında uğursuz olub
# 15 sentyabr 2026 21:22 (UTC +04:00)

Ukrayna Silahlı Qüvvələrinin iyul ayında Rusiyanın reaktiv pilotsuz uçuş aparatlarına qarşı keçirdiyi yeni tutucu dronların sınaqları uğursuz nəticələnib.

Bu barədə "Reuters" iki mənbəyə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, sınaqlarda iştirak etmək üçün çoxsaylı PUA istehsalçıları dəvət edilib, lakin testlər planlaşdırıldığı kimi keçməyib.

Tutucu PUA-ların bir çoxunu saatda 400 kilometrdən yüksək sürətlərdə idarə etmək çətin olub. Bəzi dronlar sınaqlar zamanı yaxınlıqdakı tarlalara və meşəlik ərazilərə düşüb.

"Reuters" qeyd edir ki, sınaqlar Ukraynanın Qərb istehsalı olan hava hücumundan müdafiə vasitələrinin çatışmazlığı və Rusiyanın PUA texnologiyalarının inkişafı fonunda üzləşdiyi problemlərin miqyasını nümayiş etdirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR