Mingəçevirdə piyadanı maşın vurub

Mingəçevirdə piyadanı maşın vurub
# 20 dekabr 2019 00:24 (UTC +04:00)

Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər Mərkəzi Xəstəxanasının yaxınlığında baş verib.

”VAZ 2115” markalı avtomobil 1950-ci il təvəllüdlü piyada Dadaşov Rövşən Sədi oğlunu vuraraq ona xəsarət yetirib. Qəzanı törədən sürücü yaralını yaxınlıqda yerləşən xəstəxanaya yerləşdirib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR