FHN-in əməkdaşı Mingəçevirdə özünü çaya atan şəxsi xilas edib - YENİLƏNİB

FHN-in əməkdaşı Mingəçevirdə özünü çaya atan şəxsi xilas edib - YENİLƏNİB
# 16 fevral 2021 20:33 (UTC +04:00)

16 fevral 2021- ci il tarixində Mingəçevir şəhəri H.Əliyev prospektində 1992-ci il təvəllüdlü Lətifova Əminə Rasim qızı Kür çayının üzərində yerləşən körpüyə çıxaraq intihar məqsədilə özünü çaya atıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, həmin vaxt təsadüfən ərazidə olan nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupunun məzuniyyətdə olan xilasedicisi Dosməmmədov Dosməmməd Qəhrəman oğlu heç bir xilasetmə vasitəsi olmadan suya tullanaraq vətəndaşın həyatını xilas edib.

***

Saat 18:37

Mingəçevirdə intihara cəhd olub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, Ağdaş sakini, 1992-ci il təvəllüdlü Ə.L. özünü körpüdən Kür çayına atıb.

Ətrafdakı insanların köməyi ilə qadın xilas edilərək xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR