Mingəçevirdə zəncirvari yol qəzası olub, xəsarət alanlar var

Mingəçevirdə zəncirvari yol qəzası olub, xəsarət alanlar var
# 03 dekabr 2019 19:22 (UTC +04:00)

Mingəçevirdə zəncirvari yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhər stadionu yaxınlığında qeydə alınıb. “Lada”, “Kia” və “Mercedes” markalı avtomobillərin iştirakı ilə baş verən qəzada iki nəfər xəsarət alıb. Yaralılar – 1996-cı il təvəllüdlü İsgəndərova Zərifə Akif qızı və 1991-ci il təvəllüdlü Təhməzov Ruslan Fərhad oğlu xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR