Narkotik vasitənin təsiri altında karantin qaydalarını pozan şəxs 40 gün həbs edilib - FOTO

Narkotik vasitənin təsiri altında karantin qaydalarını pozan şəxs 40 gün həbs edilib - FOTO
# 07 iyul 2020 21:52 (UTC +04:00)

Paytaxtın Sabuçu rayonunda xüsusi karantin rejimi qaydalarını pozaraq, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyən şəxs saxlanılaraq barəsində müvafiq tədbirlər görülüb.

Bakı şəhər BPİ mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Tovuz rayon sakini, 1997-ci il təvəllüdlü Tural Abbasov narkotik vasitələrin təsiri altında münaqişəli vəziyyət yaratdığına görə onun barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib.

Məhkəminin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206 və 535-ci maddələri ilə 40 gün həbs inzibati tənbeh növü tətbiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR