Neftçalada iki nəfər dəm qazından zəhərlənib, onlardan biri ölüb

Neftçalada iki nəfər dəm qazından zəhərlənib, onlardan biri ölüb
# 15 mart 2021 12:50 (UTC +04:00)

Neftçalada iki nəfər dəm qazından zəhərlənib.

APA-nın Mil-Muğan bürosunun məlumata görə, hadisə bu gün səhər saatlarında Neftçala şəhəri, Heydər Əliyev prospektində yerləşən yaşayış evində qeydə alınıb. 1972-ci il təvəllüdlü Qənbərova Ağabacı Ərəstun qızı dəm qazından zəhərlənərək evdə keçinib, 1985-ci il təvəllüdlü Babayev Emin Füzuli oğlu isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR