Oğuzda karantin qaydalarını pozan çayxana aşkar edilib - FOTO

Oğuzda karantin qaydalarını pozan çayxana aşkar edilib - FOTO
# 05 yanvar 2021 11:07 (UTC +04:00)

Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı rayonun Kərimli kəndi ərazisində yerləşən çayxananın xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, həmin obyektə baxış zamanı orada olan müştərilər və çayxananı işlədən kənd sakini İmran Haşimovun sərtləşdirilmiş karantin rejimi qaydalarını pozduqları məlum olub.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimələniblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR