Ötən gün cinayət törədən 47 nəfər tutulub - RƏSMİ

Ötən gün cinayət törədən 47 nəfər tutulub - RƏSMİ
# 28 yanvar 2021 09:53 (UTC +04:00)

Daxili İşlər Nazirliyi yanvar ayının 27-də daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatı yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 31 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 32 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 26 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR