Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər tutulub

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər tutulub
# 11 mart 2021 10:11 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 34 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 46 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR